“Milan”ın Jiru planı
30.10.2023 - 13:32
“Milan”ın Jiru planı

“Milan” hücumçusu Oliver Jiru ilə müqaviləni uzatmağı planlaşdırır.

Apasport.az xəbər verir ki, İtaliya klubu fransalı forvardla anlaşmanın müddətini 2025-ci ilə qədər artırmaq niyyətindədir.

37 yaşlı forvardın "rossonyeri" ilə hazırkı sözləşməsinin müddəti 2024-cü ilin yayında başa çatacaq. Səudiyyə Ərəbistanı və MLS klubları Jirunu heyətinə qatmaq istəyir. 

Qeyd edək ki, futbolçunun transfer dəyəri 4 milyon avro ilə qiymətləndirilir.
 

writer photo
Əlirza Əlirzalı
0