“Milan”ın qapıçısı Fransa klubuna keçə bilər
26.07.2024 - 16:06
“Milan”ın qapıçısı Mayk Menyan karyerasını Fransada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, PSJ fransalı qolkiperin xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Parislilər Menyanı hazırda komandanın əsas qapıçısı olan Canluici Donnarummaya əvəzləyici kimi görür.
İtaliyalı qolkiperin klubu tərk etməsi gündəmdədir və PSJ-nin bu mövqeyə hədəfi Menyandır.
Paris klubu daha əvvəl rusiyalı qapıçı Matvey Safonovu transfer edib
0
0