Milli üzvü Almaniyadan İngiltərəyə köçür
23.07.2022 - 22:51
Milli üzvü Almaniyadan İngiltərəyə köçür

“Ayntraxt”ın yarımmüdafiəçisi Filip Kostiç İngiltərəyə köçür.

Apasport.az saytının məlumatına görə, 30 yaşlı sol cinah oyunçusu “Vest Hem”ə keçməyə hazırlaşır.

Klublar arasında danışıqlar son mərhələdədir. Serbiya millisinin üzvü ilə 4 illik müqavilənin bütün şərtləri razılaşdırılıb. Premyer Liqa klubu bu transfer müqabilində qarşı tərəfə 15 milyon avro ödəyəcək. Kostiçin “Ayntraxt”la sözləşməsinin sonuna bir il qaldığından, klub onu ucuz qiymətə satmaq məcburiyyətindədir.

Qeyd edək ki, Filip Kostiç 2018-ci ildən bəri “Ayntraxt”ın formasını geyinib. O, bu müddət ərzində 169 oyunda 33 qol, 63 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0