Çili millisinin baş məşqçisi Eduardo Berizzo istefa verib.
Apasport.az xəbər verir ki, bunu mütəxəssisin özü qərar verib.
O, bu qərarını DÇ-2026-nın seçmə mərhələsinin 5-ci turunun Paraqvayla oyunundan sonra keçirilən mətbuat konfransında açıqlayıb. 54 yaşlı argentinalı mütəxəssis millinin seçmə tsikldəki uğursuzluğunu öz üzərinə götürərək, belə bir addım atıb. Komandanın ilk 5 matçda 5 xal (1 qələbə, 2 heç-heçə) toplamasının zəif göstərici olduğunu deyən Berizzo 2022-ci ilin mayından komandaya rəhbərlik edirdi.
Qeyd edək ki, Çili - Paraqvay qarşılaşması 0:0 hesablı bərabərliklə başa çatıb.