Millinin məğlubiyyətini gecə klubunda “qeyd etdilər”
29.09.2022 - 23:14
Fransa millisinin futbolçularının davranışı yerli futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.
Apasport.az saytının məlumatına görə, “xoruzlar”ın oyunçuları Millətlər Liqasının son turunda Danimarkaya 0:2 hesabı ilə məğlub olduqdan sonra gecə klubunda əyləniblər.
Bunlar müdafiəçi Rafael Varan və hücumçu Olivye Jiru olub. “Milan”ın 35 yaşlı forvardı “rossonyerlər”dəki komanda yoldaşı olan danimarkalı Simon Kyaerlə birlikdə görüntülənib.
Qeyd edək ki, Millətlər Liqasının son qalibi olan Fransa yığması bu mövsüm 6 oyunda 5 xal toplayaraq, qrupda 3-cü yeri tutub.
0
0