Mişi Batşuayiyə iki müştəri
16.11.2023 - 19:44
“Fənərbaxça”nın daha bir futbolçusu İstanbul klubundan ayrılmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, Türkiyə təmsilçisinin belçikalı hücumçusu karyerasını vətənində davam etdirə bilər.
O, ölkəsinin komandalarının diqqət mərkəzindədir. Bosniyalı Edin Dzekonun yaydakı transferindən sonra kölgədə qalan 30 yaşlı hücumçu da durumundan narazıdır. “Brügge” və “Antverpen” forvardı qışda heyətə qatmaq üçün rəqabət aparmaq fikrindədir.
Qeyd edək ki, “Fənərbaxça” ilə müqaviləsi mövsümün sonunda bitəcək olan Batşuayi cari mövsümdə 15 matçda 4 qolla yadda qalıb.
0
0