MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur
20.06.2024 - 12:57
MLS tarixində ən bahalı transferlərin adı açıqlanıb - Dünya çempionu siyahıda yoxdur

Amerika çempionatının ən dəyərli transferləri açıqlanıb. 

Apasport.az xəbər verir ki, "90min.com" portalı MLS tarixinin ən bahalı transferlərindən ibarət siyahı hazırlayıblar. 

Reytinqin lideri “Atlanta Yunayted”in argentinalı yarımmüdafiəçisi Tiaqo Almadadır. Amerikalılar onun "Velez Sarsfild"dən transferi üçün təxminən 15 milyon avro ödəyiblər. İkincisi isə keçmiş "Atlanta" oyunçusu Petey Martinez olub. Onun transferi üçün klub 14,5 milyon pul ayırıb. İlk üçlüyü "Atlanta"nın digər təmsilçisi Ezekiel Barko qapayır - 12 milyon avro.

İlk onluğa həmçinin Brenner, Luis Arauxo, Hüqo Kuypers, Çakki Lozano, Rodolfo Pizarro, Brayan Rodriqes və Kuço Ernandes daxil olub.

Qeyd edək ki, 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olan ulduz futbolçu Lionel Messi siyahıda yer almayıb. 

writer photo
Əlirza Əlirzalı
0