Montellanı Klyuvert əvəz etdi
02.07.2023 - 01:32
Montellanı Klyuvert əvəz etdi

Hollandiyalı veteran futbolçu Patrik Klyuvert “Adana Dəmirspor”a başçılıq edəcək.

Apasport.az saytı xəbər verir ki, 47 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb.

İtaliyalı Vincenzo Montelladan boşalan vəzifəyə Klyuvert gətirilib. O, ilk dəfə klubda fəaliyyət göstərəcək. Buna kimi Patrik iki il Kurasao yığmasına rəhbərlik edib. Futbolçu kimi zəngin karyerası olan mütəxəssis “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, PSV və “Lill” kimi klublarda çıxış edib.

Qeyd edək ki, “Adana Dəmirspor” Türkiyə Superliqasının son mövsümündə 4-cü yeri tutub və Konfrans Liqasında yarışacaq.
 

writer photo
Əlirza Əlirzalı
0