Mourinyo Oriqini istəmədi
09.07.2024 - 17:05
Mourinyo Oriqini istəmədi

Yeni mövsüm hazırlıqlarına davam edən "Fənərbaxça" transfer bazarında aktivdir.

Apasport.az xəbər verir ki, bu dəfə kluba belçikalı hücumçu Divok Oriqi təklif olunub. 

Oriqi bundan əvvəl də dəfələrlə İstanbul klubunun gündəminə gəlib, lakin transfer baş tutmayıb. Bu dəfə isə Joze Mourinyo onun komandaya qoşulmasına müsbət baxmayıb. 

Qeyd edək ki, 29 yaşlı hücumçunun transfer hüququ hazırda "Milan"a məxsusdur.

writer photo
Əlirza Əlirzalı
0