"Məni çoxdan tanıyanlar bilir ki, emosional insanam, amma dəli deyiləm".
Apasport.az xəbər verir ki, bunu "Roma"nın baş məşqçisi Juze Mourinyu deyib.
Portuqaliyalı A Seriyasının XXIV turunun “Kremoneze” ilə oyununun (1:2) ikinci hissəsinin əvvəlində qırmızı vərəqə alıb. O, qovulmasından danışıb:
"Mən tərəfdən reaksiya özümə ünvanlanan ciddi ifadələrdən qaynaqlandı. Hüquqi cəhətdən edə biləcəyimiz bir şeyin olub-olmadığını aydınlaşdırmalıyıq. Hakimlər mənə dedilər ki, ehtiyat hakim Serranın sözləri ilə bağlı heç bir səsyazma yoxdur və görəsən, prokurorluqdakı cənablar hamının eşitdiyi mənə deyilən hər şeyi özlərindən uydurub?
Piççinini 4-cü hakimin ona söylədiklərinə əsaslanaraq mənə qırmızı vərəqə göstərdi, o, eyni zamanda mənə nə və necə dediyini söyləməkdə dürüstlük nümayiş etdirmədi. O mənimlə nalayiq şəkildə danışdı. Matçdan sonra ona dedim: “İstəyirəm ki, mənə hər şeyi səmimi danışasan”. Amma yaddaşında zəiflik var, unudub.
Bazar günü "Yuventus"la oynayacağımıza toxunmaq istəmirəm. Bu oyunu qaçırmaq mənə xoş deyil. Serra Turindəndir, amma məncə, burada məqsəd bu deyil”.