Fatih Terimin komandası MƏĞLUB OLDU
01.04.2024 - 02:38
Yunanıstan Superliqasında 28-ci turun oyunları baş tutub.
Apasport.az xəbər verir ki, Farih Terimin rəhbərliyi altında “Panatinaikos” evdə PAOK-a 2:3 uduzub. Meydan sahibləri 88-ci dəqiqədən etibarən azlıqda qalıb.
Bu məğlubiyyətdən sonra türkiyəli mütəxəssisin komandası 59 xalla 3-cü pillədə qərarlaşıb. PAOK 63 xalla 2-cidir. Turnir cədvəlinə 65 xalla AEK başçılıq edir.
0
0