Mövsümün ən yaxşı futbolçusu açıqlandı
01.07.2022 - 09:04
Mövsümün ən yaxşı futbolçusu açıqlandı

“Marca” nəşri 2021/22 mövsümünün ən yaxşı 100 futbolçusunu sıralayıb.

Apasport.az saytının məlumatına görə, “Real”ın hücumçusu Kərim Benzema mövsümün ən yaxşı futbolçusu seçilib.

İlk “üçlüy”ə onun komanda yoldaşları – qapıçı Tibo Kurtua və hücumçu Vinisyus Junior salınıb. “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo reytinqdə 21-ci, PSJ-nin futbolçusu Lionel Messi isə 26-cı yerdə qərarlaşıb.

Ən yaxşı “10-luq”:
1. Kərim Benzema (“Real”)
2. Tibo Kurtua (“Real”)
3. Vinisyus Junior (“Real”)
4. Məhəmməd Salah (“Liverpul”)
5. Kilian Mbappe (PSJ)
6. Luka Modriç (“Real”)
7. Kevin De Bruyne (“Mançester Siti”)
8. Robert Levandovski (“Bavariya”)
9. Vircil van Deyk (“Liverpul”)
10. Sadio Mane (“Liverpul” / “Bavariya”)

writer photo
Əlirza Əlirzalı
0