Mukokoya daha bir müştəri
07.11.2022 - 22:49
Mukokoya daha bir müştəri

Dortmund “Borussiya”sının futbolçusu Yussuf Mukoko karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, gənc istedad “Liverpul”un maraq dairəsinə düşüb.

Premyer Liqa klubu 17 yaşlı futbolçunu qışda heyətinə qatmağı planlaşdırır. “Barselona”, “Real” və “Yuventus”un da transfer siyahısında yer alan Mukokonun keçidini baş məşqçi Yurgen Klopp istəyib.

Qeyd edək ki, Yussufun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0