Mundiallar tarixində ən BÖYÜKHESABLI QƏLƏBƏLƏR
24.11.2022 - 09:08
Mundiallar tarixində ən BÖYÜKHESABLI QƏLƏBƏLƏR

İspaniya yığmasının Kosta-Rika üzərində qələbəsi (7:0) dünya çempionatları tarixində 7 və daha çox top fərqi ilə nəticələnən 11-ci oyun olub.

Apasport.az saytının məlumatına görə, IFFHS-in araşdırmasına əsasən, bu, ispanlar ilk dəfə bir matçda rəqib qapısına bu qədər yol tapıblar.

Kosta-Rika isə tarixinin ən böyükhesablı məğlubiyyət antirekordunu təkrarlayıb. Bu komanda 1975-ci ildə keçirilə yoldaşlıq görüşündə də Meksikaya 0:7 hesabı ilə yenilib. 

İspaniya dünənki qarşılaşmada çərçivəyə ünvanladığı 7 zərbənin hamısında fərqlənməyə müvəffəq olub. Mundiallarda indiyə qədər heç vaxt belə göstərici görülməmişdi.

Kosta-Rika isə bir dəfə də olsun rəqib qapısına zərbə vura bilməyib. Dünya çempionatında sonuncu dəfə belə hal 1966-cı ildə yaşanıb. Onda da məhz Kosta-Rika Braziliya ilə qarşılaşmada çərçivəni nişan ala bilməyib.

İspanlar dünənki görüşdə 1000 dəqiq ötürmə verib ki, bu, DÇ-1966-dan bəri əlavə vaxt nəzərə alınmadan ən yaxşı göstəricidir.

Dünya çempionatları tarixinin ən böyükhesablı qələbələri:

Tarix

Mərhələ

Oyun

Qol sayı

17/06/1954

Qrup

Macarıstan - Cənubi Koreya - 9:0 

9

18/06/1974

Qrup

Yuqoslaviya - Zair - 9:0 

9

14/06/1982

Qrup

Macarıstan - Salvador - 10:1 

9

12/06/1938

1/4 final

İsveç - Kuba - 8:0

8

02/07/1950

Qrup

Uruqvay - Boliviya - 8:0

8

01/06/2002

Qrup

Almaniya – Səudiyyə Ərəbistanı - 8:0 

8

19/06/1954

Qrup

Uruqvay - Şotlandiya - 7:0

7

20/06/1954

Qrup

Türkiyə - Cənubi Koreya - 7:0

7

19/06/1974

Qrup

Polşa - Haiti - 7:0

7

21/06/2010

Qrup

Portuqaliya - Şimali Koreya - 7:0 

7

23/11/2022

Qrup

İspaniya – Kosta-Rika - 7:0

7

writer photo
Əlirza Əlirzalı
0