Musleradan karyera rekordu: Avropada da iz buraxdı
20.02.2024 - 13:22
Musleradan karyera rekordu: Avropada da iz buraxdı

"Qalatasaray"ın təcrübəli əlcəyi Fernando Muslera karyerasının ən yaxşı mövsümünü keçirir.

Apasport.az xəbər verir ki, uruqvaylı qolkiper Superliqada hər oyunda 0,56 qol buraxaraq karyera rekordunu yeniləyib.

Muslera həm də Avropada ən az qol buraxan 3-cü qapıçıdır. O, yalnız PSV və "İnter"in çərçivə qoruyucularından geri qalır.

Superliqada 25 matçda buraxılan 14 qolla hər matçda orta hesabla 0,56 nəticə əldə edən təcrübəli əlcək əvvəlki mövsümlərlə müqayisədə ən yaxşı çıxışını göstərib.

writer photo
Əlirza Əlirzalı
0