“Napoli” Kulibali ilə bağlı qərarını açıqladı
10.07.2022 - 23:29
“Napoli” Kulibali ilə bağlı qərarını açıqladı

“Napoli” müdafiəçisi Xalidu Kulibalini satmaq fikrində deyil.

Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Kristiano Cintoli deyib.

O bildirib ki, Seneqal millisinin üzvünü, xüsusən də, “Yuventus”a satmayacaqlar: “Kulibalini “Yuventus”a satmayacağımızı deməyə yəqin ki, ehtiyac yoxdur. O, bizim üçün çox önəmli futbolçudur və satılmır”.

Qeyd edək ki, 2014-cü ildən “Napoli”də çıxış edən Xalidu Kulibali bir neçə Avropa nəhənginin maraq dairəsindədir.
 

writer photo
Əlirza Əlirzalı
0