“Napoli”ni çalışdıracaq mütəxəssis bəlli olub
29.05.2024 - 12:21
“Napoli”ni çalışdıracaq mütəxəssis bəlli olub

“Napoli”nin yeni baş məşqçisi məlum olub.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.  Neapol təmsilçisinə Antonio Konte rəhbərlik edəcək.

“Napoli” 52 yaşlı mütəxəssis ilə 3 illik müqavilə imzalayacaq.

Konte daha əvvəl “Yuventus”, “Atalanta”, “İnter”, “Çelsi”, “Tottenhem” kimi komandalara rəhbərlik edib.

writer photo
Əlirza Əlirzalı
0