“Napoli”nin hücumçusu Xviça Kvaratsxeliya qısa müddətdə Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Apasport.az saytının məlumatına görə, artıq “Mançester Siti” və “Liverpul” mövsümün sonunda Gürcüstan millisinin forvardını transfer etmək barədə fikirləşir.
Yay fasiləsində Batumi “Dinamo”sundan transfer olunan 21 yaşlı oyunçu üçün ilkin təklif olsa da, neapollular onu satmayacaq. Bunu İtaliya klubunun mətbuat xidmətinin rəhbəri Nikola Lambardo açıqlayıb. O bildirib ki, gənc hücumçunu heç bir qiymətə satmayacaqlar.
Qeyd edək ki, Xviça Kvaratsxeliyanın “Napoli” ilə müqaviləsi 2027-ci ilə qədərdir.