Naqelsmann PSJ ilə razılaşmadı
17.06.2023 - 10:34
Naqelsmann PSJ ilə razılaşmadı

Yulian Naqelsmann PSJ-nin sükanı arxasına keçməkdən imtina edib.

Apasport.az saytı xəbər verir ki, "Bavariya"nın keçmiş baş məşqçisinin fransızlarla danışıqları müsbət yekunlaşmayıb.

35 yaşlı mütəxəssisin irəli sürdüyü şərtlər Paris təmsilçisi tərəfindən qəbul olunmayıb. Yeni baş məşqçi axtarışlarına davam edən fransızlar gələn həftə bu məsələni həll etməyi planlaşdırır. 

Qeyd edək ki, PSJ son mövsümdə Kristof Qaltyenin rəhbərliyi altında Liqa 1-i çempion olaraq tamamlayıb.

writer photo
Əlirza Əlirzalı
0