Ndombeleyə İtaliyadan müştəri
31.08.2023 - 13:56
Ndombeleyə İtaliyadan müştəri

“Tottenhem”in futbolçusu Tanqi Ndombele karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasporr.az saytının məlumatına görə, dayaq yarımmüdafiəçisi “İnter”in hədəfinə düşüb.

A seriyası təmsilçisi futbolçu ilə bağlı “Tottenhem”lə danışıqlara başlayıb. 26 yaşlı fransalı “Cenoa”ya keçməkdən imtina edib. O, Çempionlar Liqasında oynayacaq kluba keçmək istəyindədir.

Qeyd edək ki, Ndombele ötən mövsüm “Napoli”də icarədə olub.

writer photo
Əlirza Əlirzalı
0