Zidana çatdı, Munyos əliçatmaz görünür
05.09.2023 - 22:47
Zidana çatdı, Munyos əliçatmaz görünür

İspaniya çempionatına uğurlu start götürən “Real” 4 oyunda qələbə qazanıb.

Apasport.az-ın məlumatına görə, bu qələbə baş  məşqçi Karlo Ançelotti üçün əlamətdar olub.

Italiyalı mütəxəssis Madrid klubunda 172-ci qələbəsini əldə edib. O, bu göstərici ilə Zinədin Zidana çatıb. Növbəti qələbə Ançelotini siyahıda ikinci pilləyə yüksəldəcək. “Real”ın əfsanəvi baş məşqçisi Munyosun hesabında isə 357 qələbə qələbə var.

Qeyd edək ki, Madrid klubu İspaniya çempionatının 5-ci turunda öz meydanında “Real Sosyedad”la qarşılaşacaq.
 

writer photo
Əlirza Əlirzalı
0