A seriyasında 8 milyonluq transfer
19.08.2022 - 09:45
A seriyasında 8 milyonluq transfer

İtaliyanın “Bolonya” klubu heyətinə yeni futbolçu qatıb.

Apasport.az saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

A seriyası təmsilçisi Belçika “Genk”indən Con Lukumini transfer edib. 24 yaşlı kolumbiyalı ilə 3 illik müqavilə imzalanıb. Keçid 8 milyon avroya gerçəkləşib.

Qeyd edək ki, Lukumi ötən mövsümün 37 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0