“Frayburq” - “Qarabağ”: Kim şanslıdır?
08.09.2022 - 15:03
“Frayburq” - “Qarabağ”: Kim şanslıdır?

Avropa Liqasının qrup mərhələsinin I turunun oyunları çərçivəsində keçiriləcək “Frayburq” (Almaniya) - “Qarabağ” (Azərbaycan) görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Bundesliqa təmsilçisini matçın favoriti sayırlar. 

Bu gün Frayburqda baş tutacaq matçda eyniadlı komandanın qələbəsi 1,44, “Qarabağ”ın uğuru 8,00 əmsaldır. Qarşılaşmada heç-heçəyə 5,10 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0