"Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada
04.09.2024 - 11:17
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçuları bir komandada

Macarıstan təmsilçisi “Ferentsvaroş” heyətini yeni hücumçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, “Partizan”dan Mateus Saldanyanı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu ilə müqavilənin detalları açıqlanmayıb.

“Ferentsvaroş” Saldanya üçün 3 milyon avro ödəyib.

Mateus 2023-cü ilin yanvarından iyuluna kimi “Neftçi”nin formasını geyinib. O, “ağ-qaralar”da 20 oyunda 5 qol vurub.

Xatırladaq ki, Macarıstan təmsilçisində bizə tanış olan iki futbolçu daha var. Bir müddət öncə ölkəmizdə "Qarabağ"ın formasını geyinmiş Kadi Borqes və Ovusu Kvabena da hazırda “Ferentsvaroş”un uğurları üçün çalışır.

writer photo
Əlirza Əlirzalı
0