"Neftçi"nin futbolçusu millidə dubl etdi
20.11.2024 - 12:17
"Neftçi"nin futbolçusu millidə dubl etdi

"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinin heyətində növbəti görüşünə çıxıb.

Apasport.az xəbər verir ki, 27 yaşlı vingerin komandası KONKAKAF Millətlər Liqasında B Divizionunun 6-cı turu çərçivəsində Qrenadanın qonağı olub.

Lebon meydana start heyətində çıxıb və sona qədər oynayıb.

Onun komandası 3:0 qalib gəlib. Lebon bu görüşdə dublla yadda qalıb.

Ancaq yekunda Lebonun millisi B Divizionunda yerini qoruya bilməyərək 6 xalla qrup sonuncusu olub və C Liqasına düşüb.

writer photo
Əlirza Əlirzalı
0