Neymar 4 ay oynaya bilməyəcək
10.03.2023 - 13:56
Neymar sağ dizindən əməliyyat olunub.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin hücumçusu bu gün Qətərin paytaxtı Dohadakı klinikalardan birində cərrahi müdaxiləyə məruz qalıb.
Braziliya millisinin kapitanının 3-4 aydan sonra məşqlərə qayıdacağı bildirilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu fevralın 19-da Fransa çempionatının XXIV turunun "Lill"ə qarşı matçında (4:3) zədələnmişdi.
0
0