Neymar Jorje Jesusu komandada istəmir
25.09.2023 - 13:52
Neymar Jorje Jesusu komandada istəmir

Neymar Əl-Hilalın baş məşqçisinin istefasını tələb edir.

Apasport.az saytı xəbər verir ki, karyerasını Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda davam etdirən 31 yaşlı ulduz futbolçu baş məşqçi Jorje Jesusun işindən narazıdır. 

Hadisə Asiya Çempionlar Liqasının “Əl-Hilal” - “Navbahor” matçından sonra baş verib. 1:1 hesablı bərabərliklə bitən bu qarşılaşmadan sonra 69 yaşlı portuqaliyalı soyunub-geyinmə otağında braziliyalını tənqid edib. Bu irad Neymarın xoşuna gəlməyib və o, baş məşqçinin işdən çıxarılması barədə rəhbərliyə müraciət edib.

Qeyd edək ki, Səudiyyə klubunun idarə heyəti Jorje ilə görüşüb və müqaviləyə xitam verilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

writer photo
Əlirza Əlirzalı
0