Neymar karyerasını bitirəcəyi vaxtı açıqladı
13.03.2023 - 15:24
Neymar karyerasını bitirəcəyi vaxtı açıqladı

PSJ-nin hücumçusu Neymar karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

Apasport.az saytı xəbər verir ki, Fransa klubu ilə müqaviləsinin 2027-ci ilə qədər qüvvədə olduğunu bildirən futbolçu razılaşmanın müddəti bitdikdə yaşıl meydanlara vida etməyi planlaşdırır. 

2017-ci ildə “Barselona”dan rekord qiymətə - 222 milyon avroya Paris təmsilçisinə transfer edilən Braziliya millisinin kapitanı PSJ-nin 2020-ci ildə Çempionlar Liqasının finalına yüksəlməsinə və Fransada 13 titul qazanmasına kömək edib.

Qeyd edək ki, Neymar bu mövsüm bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 16 məhsuldar ötürmə edib. Fevralın 19-da keçirilən “Lill”lə matçda (4:3) topuğundan zədə alan “sambaçı” mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.

writer photo
Əlirza Əlirzalı
0