Neymar qərarını açıqladı
25.05.2022 - 17:54
PSJ-nin hücumçusu Neymar mövsümlərarası fasilədə Fransa klubunu tərk etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu Braziliya millisinin lideri özü açıqlayıb.
30 yaşlı forvard müqaviləsinə sadiq qalacağını söyləyib: “Hələ ki, heç kim mənə heç nə deməyib. Mən özüm də PSJ-də qalmaqdan başqa heç nə fikirləşmirəm”.
Bir müddət əvvəl fransızların sərfəli təklif alacağı təqdirdə, Neymarı satmağa razılıq verəcəyi bildirilirdi.
Qeyd edək ki, forvardın klubla müqavilə müddəti 2025-ci ilin yayına qədərdir.
0
0