Nkunku keçmək istədiyi klubu müəyyənləşdirdi
08.11.2022 - 23:38
Nkunku keçmək istədiyi klubu müəyyənləşdirdi

“Leypsiq”in hücumçusu Kristofer Nkunku gələcək karyerası ilə bağlı seçimini edib.

Apasport.az saytının məlumatına görə, 25 yaşlı ön xətt oyunçusu İspaniyaya köçmək niyyətindədir.

Fransa millisinin üzvü “Real”ın formasını geyinmək istəyir. Nkunku Madrid klubundan konkret təklif gözləyir. Hələlik onun xidmətində ən çox maraqlı olan klublar “Çelsi” ilə sabiq klubu PSJ-dir.

Qeyd edək ki, Kristofer Nkunkunun “Leypsiq”lə müqavilə müddəti 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0