"Bavariya"nın qapıçısı Manuel Noyer Çempionlar Liqasının liderləri siyahısında İker Kasilyası geridə qoyub.
Apasport.az xəbər verir ki, Münhen kapitanı 1/8 final mərhələsinin “Latsio” ilə (3:0) cavab oyununda komandasının qapısını toxunulmaz saxlayıb.
"Opta"nın məlumatına görə, bu, alman qolkiperin Çempionlar Liqasında qapısını toxunulmaz saxladığı 57-ci matç olub.
İndiyə qədər yalnız "Real Madrid"in sabiq qapıçısı İker Kasilyasa bu göstəriciyə çatıb. “Yuventus”un əfsanəsi Canluici Buffon 52 matçla üçüncü yerdədir.
Qeyd edək ki, "Bavariya" "Latsio"nu ümumi 3:1 hesabı ilə məğlub edərək 1/4 finala vərəqə qazanıb.