Noyer meydana qayıdır
19.10.2023 - 12:31
Noyer meydana qayıdır

Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyerin matçlarda iştirakına tibbi icazə verilib.

Apasport.az xəbər verir ki, uzun müddətdir zədəli olan 37 yaşlı qolkiper artıq meydanlara dönür. 

Onun "Mayns"la görüşdə meydanda olacağı gözlənilir. Bu qarşılaşma oktyabrın 21-də keçiriləcək.

Qeyd edək ki, Noyer ötən il xizəkdən yıxıldığı vaxt zədələnib.
 

writer photo
Əlirza Əlirzalı
0