"Nyukasl" hücumçusunu icarəyə göndərdi
20.01.2023 - 22:06
"Nyukasl" hücumçusunu icarəyə göndərdi

Yeni Zelandiya millisinin və "Nyukasl"ın hücumçusu Kris Vud icarə əsasında "Notinqem Forest"ə keçib.

Apasport.az xəbər verir ki, icarə müqaviləsi cari mövsümün sonuna qədər hesablanıb. Müəyyən şərtlər daxilində 2024-cü ilin yayına qədər məcburi alış və müqavilənin imzalanması da nəzərdə tutulub.

"Sky Sports"a görə, məcburi satınalma aktivləşdirilərsə, "Notinqem Forest" bu transferə 15 milyon funt sterlinq xərcləyəcək.

Qeyd edək ki, 31 yaşlı Kris Vud ötən ilin yanvarında 25 milyon funt-sterlinqə "Bernli"dən "Nyukasl"a keçib. Hücumçu "sağsağanlar"da 39 oyun keçirib və 5 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0