"Nyukasl" yeni müdafiəçi ilə anlaşdı
14.06.2024 - 13:17
"Nyukasl" yeni müdafiəçi ilə anlaşdı

Premyer Liqa təmsilçilərindən "Nyukasl" yeni transferini açıqlayıb. 

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İngiltərə klubu Lloyd Kelli ilə anlaşıb.

Müdafiəçi ilə 5+1 illik müqavilə imzalanıb.

Kelli yeni klubuna azad agent kimi qoşulub. Lloyd son olaraq "Bornmut"da forma geyinib.

Qeyd edək ki, İngiltərənin U-21 yığmasının sabiq üzvü bundan əvvəl "Bristol Siti" və "Bornmut" klublarında oynayıb.

writer photo
Əlirza Əlirzalı
0