“Nyukasl”da itki: 3 ay oynamayacaq
29.09.2023 - 17:55
“Nyukasl”da itki: 3 ay oynamayacaq

“Nyukasl” itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubunun futbolçusu Harvi Barns zədələnib.

Bunu komandanın baş məşqçisi Eddi Hau açıqlayıb. O bildirib ki, Barns üç aylıq sıradan çıxıb.

Futbolçu əməliyyat olunacaq. Bundan sonra bərpa prosesi keçəcək Harvi 2023-cü ildə meydana çıxmayacaq.

Qeyd edək ki, Barns Premyer Liqanın “Şefflld”lə matçında (8:0) ağır zədə alıb.
 

writer photo
Əlirza Əlirzalı
0