Obameyanq PSJ-yə lazım olmadı
08.10.2022 - 18:00
Obameyanq PSJ-yə lazım olmadı

Pyer-Emerik Obameyanq PSJ-yə keçməyəcək.

Apasport.az saytının məlumatına görə, qabonlu hücumçu Fransa klubunun maraq dairəsində deyil.

Parislilərin 33 yaşlı forvardı yayda heyətinə qatacağı barədə xəbərlər yayılmışdı. Lakin PSJ-nin Obameyanqın transferində maraqlı olmadığı bəlli olub.

Qeyd edək ki, afrikalı legioner bu yay “Barselona”dan “Çelsi”yə keçib. 12 milyon avroya transfer olunan hücumçu 2 illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0