Oblakla Lemara yeni təklif
14.09.2022 - 23:26
“Atletiko” iki futbolçusu ilə müqaviləni uzadacaq.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu Yan Oblak və Toma Lemarı heyətində saxlamaqda maraqlıdır.
Onların hər ikisinə yeni anlaşma təklif olunacaq. Madridlilər Oblakla 2025-ci, Lemarla 2027-ci ilədək nəzərdə tutulan sözləşmə imzalamağı planlaşdırır.
Qeyd edək ki, Yan 2014-cü, Toma 2018-ci ildən “Atletiko”nun formasını geyinir.
0
0