Oksleyd Çemberleyn kökəlməkdən qorxur
04.10.2023 - 13:27
“Bu şəhəri çox sevdim. Yeməkləri möhtəşəmdir”.
Apasport.az xəbər verir ki, “Beşiktaş”ın yeni transferlərindən Aleks Oksleyd Çemberleyn ölkəsinin mətbuatına müsahibə verib.
Yayda “Lieverpul”dan ayrılaraq İstanbul klubuna gələn 30 yaşlı ingilis yarımmüdafiəçi isti havadan şikayətçidir: “İngiltərə ilə müqayisədə burada havalar çox isti olur. Bu da futbol oynamağı çətinləşdirir. Ancaq şəhərə alışmışam. Xüsusilə türk mətbəxi möhtəşəmdir. Kökəlməkdən qorxuram”
Qeyd edək ki, bu mövsüm 8 matçda iştirak edən Aleks 1 qolla yadda qalıb.
0
0