"Olimpik Marsel" heyətini gənc hücumçu ilə gücləndirib
13.08.2024 - 20:46
Fransa klubu "Olimpik Marsel" hücum xəttini "Lens"in gənc ulduzu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, 21 yaşlı hücumçu Elye Vahi Marselə yollanıb.
O, yeni klubu ilə 2029-cu ilə qədər müqavilə imzalayıb. Transfer "Marsel"ə 25 milyon avroya başa gəlib. Müqavilədə 5 milyonluq bonus bəndi də yer alıb.
Qeyd edək ki, Vahi karyerasında 141 oyuna çıxıb, 47 qol vurub, 13 qol ötürməsi edib.
0
0