Ölkə çempionatında enerji məhdudiyyəti
03.09.2022 - 14:55
Ölkə çempionatında enerji məhdudiyyəti

A seriyasının oyunlarında işıqlandırma sistemlərinə məhdudiyyət qoyulub.

Apasport.az saytının məlumatına görə, buna Avropadakı enerji böhranı səbəb olub.

Elektrik ötən illə müqayisədə təxminən 10 dəfə bahalaşıb. Bu üzdən A seriyasının rəhbərliyi zəruri qərar verib.

V turdan başlayaraq hər oyunda projektorlar 4 saatdan artıq işləməyəcək. Gündüz keçirilən matçlarda işıqlar qarşılaşmadan əvvəlki kimi 90 deyil, 60 dəqiqə əvvəl yandırılacaq. Hərçənd VAR sisteminin tətbiqi zamanı 90 dəqiqə zəruri idi.

Qeyd edək ki, stadionların işıqlandırılması üçün yeni variantlar müzakirə olunur.
 

writer photo
Əlirza Əlirzalı
0