Onların da milli komandası olacaq - FİFA bu ölkəni də tanıyacaq
21.09.2023 - 16:55
Onların da milli komandası olacaq - FİFA bu ölkəni də tanıyacaq

Marşal Adaları Respublikasının da artıq futbol üzrə milli komandası var.

Apasport.az saytı xəbər verir ki, yerli federasiya FİFA-ya üzv olmağa hazırlaşır.

Bu məqsədlə sənədlər toplanaraq baxılması üçün ali futbol qurumuna göndərilib. Açıqlamada 
kişilər və qadınlar arasında ölkə çempionatının keçiriləcəyi, uşaq futboluna diqqət göstəriləcəyi də vurğulanıb.  

Qeyd edək ki, 1986-cı ildə mütəqillik qazanan Marşal Adaları dünyada öz milli komandası olmayan yeganə ölkə idi.
 

writer photo
Əlirza Əlirzalı
0