"Osasuna" İspaniya Kubokunun ilk finalçısı oldu
05.04.2023 - 02:45
"Osasuna" İspaniya Kubokunun ilk finalçısı oldu

İspaniya Kubokunda yarımfinalın cavab oyunlarına start verilib.

Apasport.az xəbər verir ki, bu gün ilk finalçı müəyyənləşib.

“Atletik” səfərdə minimal hesabla uduzduğu “Osasuna”nı bu dəfə doğma meydanda sınağa çəkib. Əlavə vaxta gedən bu oyunda heç-heçə qeydə alındığından (1:1), “Osasuna” ilk finalçı olub.

Bu gün Kataloniyada "El Klasiko" olacaq. "Barselona" Madriddə 1:0 qalib gəldiyi "Real"ı bu dəfə "Kamp Nou"da qəbul edəcək.

writer photo
Əlirza Əlirzalı
0