Osimhen üçün 120 milyon avro
08.01.2024 - 17:31
Osimhen üçün 120 milyon avro

"Çelsi" ön xətti gücləndirməkdə qərarlıdır.

Apasport.az xəbər verir ki, “zadəganlar” "Napoli"nin hücumçusu Viktor Osimheni komandaya gətirməyin yollarını araşdırır.

London klubu 25 yaşlı forvardın müqaviləsində nəzərdə tutulan 120 milyon avro təzminatı ödəməyi düşünür. İngilislər mövsümün sonunda Nigeriya millisinin qol silahını komandaya gətirəcəyinə inanır.

Qeyd edək ki, bu mövsüm 18 oyunda meydana çıxan Osimhen 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0