Ozan fərqləndi, komandası 1 xal qazandı
21.04.2024 - 16:45
Futbol üzrə Niderland birinci divizionunda 35-ci turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Den Haq”la 1:1 hesablı heç-heçə edib.
Ozan da bu görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda olub. Komandasının bərabərlik qolunun məhsuldar ötürməsini də milimizin futbolçusu verib.
“Eyndhoven” hazırda 39 xalla 15-ci pillədə qərarlaşıb.
0
0