Palmer baş məşqçidən niyə üzr istəyib?
24.10.2023 - 22:23
Palmer baş məşqçidən niyə üzr istəyib?

“Çelsi”nin futbolçusu Koul Palmer baş məşqçidən üzr istəyib.

Apasport.az saytı xəbər verir ki, buna səbəb onun tullandığı su butılkası Maurisio Poçettinoya dəyməsidir.

Hadisə İngiltərə Premyer Liqasının “Arsenal”la oyununda baş verib. Palmer həmin anı belə xatırlayır: “Rəqib ikinci qol vuranda su içmək istədim. Amma butılkanı atarkən onun baş məşqçiyə dəydiyini gördüm. Ondan həmin anda və oyundan sonra üzr istədim. Bu hadisədən sonra məni qovmayacağına ümid edirəm”.

Qeyd edək ki, “Çelsi” “Arsenal”la görüşdə 2:0 hesabı ilə öndə olsa da qonaq komanda sona yaxın iki qol vuraraq, bir xal qazana  bilib.
 

writer photo
Əlirza Əlirzalı
0