Paris-2024: Azərbaycan medal sıralamasında 23-cüdür
01.08.2024 - 10:56
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cüdür

Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 23-cü pillədə qərarlaşıb.

Apasport.az xəbər verir ki, hələ ki cəmi 1 idmançımız - Hidayət Heydərov fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 

Ölkəmizlə birlikdə Argentina, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 23-cüdür.

Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 32-ci, Gürcüstan isə 14-cü (1 qızıl, 1 gümüş) sıradadır.

İlk "üçlük"də Çin (9 qızıl, 7 gümüş, 3 bürünc), Fransa (8 qızıl, 10 gümüş, 8 bürünc) və Yaponiya (8 qızıl, 3 gümüş, 8 bürünc) yer alıblar.

writer photo
Əlirza Əlirzalı
0