Bu gün futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, baş tutan 3 matç ev sahiblərinin qələbəsi ilə başa çatıb.
Premyer Liqa təmsilçilərindən "Şamaxı" II Liqa klubu "Şəmkir"lə üz-üzə gəlib.
Qarşılaşma ev sahiblərinin 6:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mingəçevir” “Zaqatala”nı minimal hesabla üstələyib - 1:0. “Qaradağ Lökbatan” – “Karvan” matçında isə favoritlər məğlub olub - 3:0.
“Şəfa” – “Difai” matçında isə sevinən tərəf qonaqlar olub - 2:3.
Azərbaycan Kuboku
II təsnifat mərhələsi
30 oktyabr
14:00. “Şamaxı” – “Şəmkir” 6:1
Hakimlər: Kamran Əliyev, Tərlan Talıbzadə, Kərim Zeynalov, Tural Qurbanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu
14:00. “Mingəçevir” – “Zaqatala” 1:0
Hakimlər: Şamil İmanzadə, Mirnihat Seyidov, Asif Abdullayev, Samir Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu
14:00. “Qaradağ Lökbatan” – “Karvan” 3:0
Hakimlər: İslam Məmmədov, Elmin Süleymanov, Zakir Şükürzadə, Rauf Allahverdiyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
15:00. “Şəfa” – “Difai” 2:3
Hakimlər: Vüqar Həsənli, Aydın Bəxşiyev, Nurlan Əhmədzadə, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
“ASK Arena”
Qeyd edək ki, raundun əvvəlki oyunlarında "Turan Tovuz" "Hypers Guba"nı (7:2), MOİK "Şimal"ı (3:1), "Araz-Naxçıvan" "Şahdağ Qusar"ı (4:0), "Kəpəz" "Ağdaş"ı (6:0), "Səbail" isə "Dinamo"nu (6:0) məğlub edib.