Paytaxt klubu daha bir müdafiəçiyə elçi düşdü
05.08.2022 - 17:21
Paytaxt klubu daha bir müdafiəçiyə elçi düşdü

“Çelsi” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi Mark Kukurelladan sonra daha bir müdafiəçiyə elçi düşüb.

“Zadəganlar” Nikola Milenkoviçi “Fiorentina”dan transfer etmək niyyətindədir. London təmsilçisi Serbiya millisinin üzvü uğrunda “Tottenhem”, “İnter” və “Yuventus”la rəqabətə qoşulub. Florensiyalılar isə onun gələn yay azad agent olmaması üçün transferindən 15 milyon avro qazanc götürmək istəyir.

Qeyd edək ki, Nikola Milenkoviç 2017-ci ildən “Fiorentina”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0