Ten Haq Mançesteri tərk edib
07.10.2024 - 23:54
Erik Ten Haq "Mançester Yunayted"in düşərgəsini tərk edib.
Apasport.az xəbər verir ki, mütəxəssis 2 həftəlik məzuniyyət götürüb.
54 yaşlı məşqçi yığma komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə etmək qərarına gəlib. Məzuniyyətdən qabaq Ten Haqın klub rəhbərliyi ilə görüşündə gələcəyi ilə bağlı hər hansı təhlükə olmadığı bəlli olub.
Qeyd edək ki, mövsümə uğursuz start götürən "Mançester Yunayted" 7 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.
0
0