Pedrinin favoritləri
06.11.2022 - 00:24
Pedrinin favoritləri

İspaniya millisinin və “Barselona”nın futbolçusu Pedri DÇ-2022-nin favoritlərini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, gənc yarımmüdafiəçi 5 komandanı çempionluğa namizəd görür.

Pedri şərəfini qoruduğu İspaniyanı da iddialılar sırasında görür: “İspaniyadan başqa hələ də ən yaxşı olan Lionel Messinin şərəfini qoruduğu Argentinanı favorit sayıram. O, özünün son dünya çempionatına gedir və çempion olmaq niyyətindədir. Favoritlər arasında Fransa ilə Braziliyanı da qeyd edərdim. Bu iki komanda hərtərəfli inkişaf edib və digərlərini bir az üstələyir. Amma Niderlandı da hesabdan silmək olmaz”.

Qeyd edək ki, dünya çempionatı noyabrın 20-də start götürəcək.

writer photo
Əlirza Əlirzalı
0